Füzuli sakinlərinin 27 illik həsrətdən sonrakı sevinci - VİDEO

İşğal altında olan torpaqlarımız azad edildikcə, həmin rayon və kəndlərin doğma sakinlərinin də ürəyində sevinc yaranır. Elə Füzuli sakinləri kimi... Onların da torpaqları işğaldan azad edilib.
Baku TV xəbər verir ki, hazırda Mingəçevirdə yaşayan ailənin sevinci sözlə ifadə olunmayacaq qədərdir. Söhbət Füzuli şəhərindən məcburi köçkün olan Məmmədovlar ailəsindən gedir.
Ailə başçısı Xudafir Məmmədov doğma elində kənd təsərrüfatı ilə, xüsusən də taxılçılıqla məşğul olurmuş. Onun həyat yoldaşı İradə xanım isə müəllim işləyib. Sevinci hədsiz olan ailə tezliklə doğma Füzuliyə qayıdacaqları günü gözləyirlər.
Ailənin böyük övladı Erland Məmmədovun Füzulidən çıxanda 6 yaşı olub. Sevincindən həyəcanlanan, kövrələn Erland öz elində, doğma Füzulidə uşaqlıq xatirələrini də unutmayıb.
Füzuliyə qayıdacaqları günə səbirsizlənən Xudafir Məmmədovun xanımı qaynanasından yadigar saxladığı şüşə meyvə qabını 27 ildir boş qoyub. İradə xanım həyətinə döndüyü gün onu meyvə ilə doldurub masaya gətirəcəyini deyir.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












