Gələn ay Qəbələdə ekoloji avtomobillər mövzusunda konfrans keçiriləcək - FOTO

Avtoxəbər 13 İyun 2022 11:29 Oxunub 1100
Gələn ay Qəbələdə ekoloji avtomobillər mövzusunda konfrans keçiriləcək  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 29-31 tarixlərində Qəbələdə gerçəkləşəcək ənənəvi “Caucasus Motor-Show 2022” sərgisi çərşivəsində ekoloji avtomobillər mövzusunda konfrans keçiriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dillerləri Assosiasiyasının sədri (AADA) Natiq Zərbəliyev “Gələcəyin ekoloji avtomobili” rəsm müsabiqəsinin qaliblərini mükafatlandırılması mərasimində Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərova və Beynəlxalq Avtoidman Federasiyası (FIA) prezidenti Mohammed Ben Sulayemə məlumat verib.

N.Zərbəliyev əlavə edib ki, məktəblilər arasında “onlayn” təşkil olunmuş rəsm və dizayn müsabiqəsinin də reallaşdığı “Yaşıl ölkə” layihəsi çərçivəsində tezliklə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu layihə Azərbaycan Prezidentinin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Priorotetlər" adlı sərəncamının 5-ci bəndinə, "Təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində həyata keçirilir.

Belə ki, layihəyə mayın 10-da Bakı-Mingəçevir marşrutu ilə ölkədə ilk ekoloji avtomobillərin yürüşü ilə start verilib. Ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək istiqamətində növbəti tədbir rəsm və dizayn müsabiqəsi olub.

Məktəblilər çəkdikləri rəsmlərdə və dizaynlarda ekologiyaya heç bir ziyan vurmayan gələcəyin avtomobilini təsvir etmələri nümayiş etdiriblər.

Müsabiqənin şərtlərinə uyğun göndərilmiş 50-yə yaxın rəsmləri hazırda ölkədən xaricdə çalışan məşhur avto-dizayner Samir Sadıxovun “onlayn” başçılıq etdiyi münsiflər heyəti qiymətləndirib.

Nəticədə 3 əsas və 3 həvəsləndirici mükafatların sahibləri müəyyən oldu: 1-ci yerə Əli Mürsəlov, 2-ci yerə Nuru Nuran, 3-cü yerə Xanım Əsədova layiq görüldü. Daha üç məktəbli - Afşin Sadıqzadə, Gülay Məmmədova və Xəyal Agu həvəsləndirici mükafatlar aldılar.

Heydər Əliyev Mərkəzinə dəvət edilmiş qaliblər üçün ilk növbədə burada fəaliyyət göstərən Klassik avtomobillər sərgisinə tur təşkil olunub. Məktəblilərə burada sərgilənən 100-ə yaxın unikal və tarixi avtomobillər barədə məlumat verilib.

Ekskursiyadan sonra "Formula 1" üzrə Azərbaycan Qran Prisi münasibətilə ölkəmizdə səfərdə olan FİA prezidenti Mohammed Ben Sulayem və AAF prezidenti Anar Ələkbərov ilə görüş baş tutub. AADA sədri Natiq Zərbəliyev onlara müsabiqə və qaliblər barədə məlumat verdikdən sonra, məktəbli uşaqlara diplom və pul mükafatları təqdim olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh