Generallarla birgə təltif olunan əsgərlər - FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
Generallarla yanaşı təltif olunanlar arasında əsgərlər də var.
Onlardan biri də Cabbarov Elnur Şahmurad oğludur. “Qarabağ” ordeni ilə təltif olunan (ölümündən sonra) Elnur Cabbarov Laçının Qarakeçdi kəndindəndir. Vətən Müharibəsinə qədər o, Ağcabədi rayonunun Taxtakörpü ərazisində 552 saylı qəsəbədə məskunlaşmışdı.
Fotoda şəhid Cabbarov Elnur

44 günlük Vətən Müharibəsində ağır döyüşlərdə iştirak edən Elnur Cabbarovun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut qəsəbəsi və Şuşa şəhərinin alınmasında böyük payı olub. Elnur döyüşlərin birində yaralanmasına baxmayaraq, sona qədər savaşıb. O, son olaraq Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Elnur Cabbarov noyabrın 12-də Bakıda xəstəxanada şəhidlik zirvəsinə ucalıb. Onun yeni dünyaya gələn övladı yadigar qaldı.
“Qarabağ” ordeni ilə təltif olunanlardan digər qəhrəman əsgərlərimizdən biri də Manaflı Dursun Maarif oğludur. Döyüşlərdə qəhrəmanlığı ilə ad çıxarmış Dursun “Rembo” ləqəbli kəşfiyyatçıdır.
Döyüşlərdə iki dəfə ağır yaralanıb, bir gözünü itirib və hazırda hərbi hospitalda müalicə alan qazimizin 26 yaşı var. Əslən Bərdə rayonunun Kolayır kəndindən olan Dursun Manafov müharibə başlanan gündən ön cəbhədə olub. Murov, Mübariz İbrahimovun şəhid olduğu yüksəklik, Talış kəndi, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Cəbhə yoldaşları ilə bərabər həmin ətrafda ermənilərin qurduğu bütün postları düşməndən təmizləyib. Elə ilk dəfə oktyabrın 10-da Suqovuşanda gedən ağır döyüşlərin birində yaralanıb. Özü yaralı olsa da, şəhid və yaralıları döyüş zonasından çıxarıb. Cəmi 2 gün hospitalda yatan hərbçi israrla döyüşə qayıtmaq üçün icazə istəyib. Lakin növbəti dəfə aldığı yaralar yüngül olmayıb.
Fotoda Manaflı Dursun

Qəhrəman döyüşçümüz təxminən 20-25 nəfər erməni hərbçini məhv edib. “Rembo” ləqəbinin tarixçəsi də elə bununla bağlıdır. Belə ki, “Rembo” ləqəbini Mübariz İbrahimovun şəhid olduğu postda qazanıb. Ona bu adı düşməni pulemyotun qabağına verib məhv etdiyinə görə hərbi hissə komandiri verib.
Bundan başqa, əsgər Məhərrəmov Əkbər Səyyaf oğlu da “Qarabağ” ordeni ilə təltif olunub.
“Vətən Müharibəsi Qəhrəmanı” adını alanlar arasında da əsgərlər var. Bunlar Abdullazadə Azər Rizvan oğlu, Əflətov Murad İlyas oğlu və Yaqubov Vüsal Elşən oğludur.
Fotoda Azər Abdullazadə
.jpg)
Əsgər Abdullazadə Azər 2001-ci ildə Tərtərin Cəmilli kəndində anadan olub. O, 2019-cu ilin aprelində hərbi xidmətə yollanıb. 19 yaşlı tankçı Azər düşmənin bir tankını, iki "UAZ"nı, düşmənin 25 canlı qüvvəsini məhv edib, bir zirehli texnikasını isə qənimət götürüb. O, oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə gözündən yaralanıb. Hazırda müalicə olunur.
Maşında kondisionerin xarab olduğunu GÖSTƏRƏN 5 ƏLAMƏT
Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib










