“Genesis” sedan modellərin istehsalına davam edəcək - FOTO

Cənubi Koreyalı “Hyundai”ın Şimali Amerikada olan və luks avtomobilləri ilə seçilən “Genesis”, markasının ilk avtomobili G80 Sedanın yenilənmiş variantını təqdim etdi. Avtosfer.az xəbər verir ki, G80 Sedan “Hyundai”ın son illərindəki SUV-a fokuslanan məhsul olmasına baxmayaraq tanıdıldı. “Genesis” məhsul çeşidindəki sedan modellərindən vaz keçəcək kimi görünmür.
Hər nə qədər istifadəçilər tərəfindən olduqca yüksək tələb görən “GV70” və “GV80” SUV modellərinə fokuslanmış olsa belə “Genesis” sedan avtomobillərlə qarşımıza çıxmağa davam edəcək. Belə ki, “Genesis”in rəhbəri və CEO-su olan Jay Chang “G80, markamızın ümumi məhsul strategiyasını və sedan avtomobil bazarındakı varlığımızı davam etdirmə mövzusunda yüksək inancımızı təmsil edir” deyə qeyd edib.
“Genesis”in G80 modeli markanın “Athletic Elegance” dizayn dilini ifadə edir. Yenilənmiş G80-ə baxdığımızda “Genesis” modellərində istifadə edilən cüt işıqlandırmalı led işıq sistemi diqqətimizi çəkir.
“Genesis G80” standart təchizatda 2.5 litr həcmində turbo mühərrikli dörd silindrli bir motorla təqdim edilir. Əgər daha güclü “Genesis” istəyirsinizsə 3.5 litrlik V6 turbo çeşid seçimiz ola bilər. Hər iki mühərrik də səkkiz üzəri avtomatik sürətlər qutusu sistemi ilə işləyir.
Nərmin Əkbər
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA














