Hamının səbirsizliklə gözlədiyi elektrikli yük avtomobili - FOTO

“Mercedes” “eActros” adlı elektrikli yük maşını istehsal edəcək. Avtosfer.az bildirir ki, avtomobillərin tədricən elektrikləşdirildiyi son illərdə yük maşınları da ənənəvi mühərriklərdən qurtulmağa başlayıb. “Mercedes”də ilk dəfə 2018-ci ildə layihəsini təqdim etdiyi elektrikli yük maşını “eActros”'u kütləvi istehsal üçün uyğun hala gətirib və ən yeni şəkildə təqdim edib. “eActros” arxa oxda yerləşdirilmiş iki maye soyuduculu elektrik mühərriki ilə təchiz edilib.
443 hp davamlı güc və 536 hp maksimum güc istehsal edən mühərriklər iki sürət qutusu ilə birləşərək yük maşınının sürətlənməsini yaxşılaşdırır. Yeni “eActros”un batareya gücü ən yüksək versiyada 420 kWh-a çatır. Yük maşınını tam doldurulmuş batareyası ilə 400 kilometr sürmə məsafəsi qətt edə bilir. “Mercedes-Benz eActros” şarj stansiyasında 1 saat ərzində yüzdə 20 ilə yüzdə 80 arasında doldurma edə bilər.
Minik avtomobillərində olduğu kimi “eActros” da bərpaedici bir əyləc sisteminə malikdir. Bu şəkildə əyləcdən alınan enerji batareyalarda saxlana bilir. “eActros”-un qiyməti hələ açıqlanmayıb.
Aysel
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO












