Həftəsonu paytaxtda "klassik ab-hava" olacaq

Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Zhara Events"in təşkilatçılığı ilə avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında klassik avtomobillərin sərgisi, avqustun 27-də isə yürüşü keçiriləcək.
Avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq sərgidə yürüş üçün qeydiyyatdan keçmiş nəqliyyat vasitələri, eləcə də Mərkəzdə nümayiş etdirilən klassik avtomobillərin bir qismi yer alacaq.
Avqustun 27-də isə klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək "Sea Breeze" istirahət mərkəzinədək yürüş edəcək.
Yürüşün marşrutu: Heydər Əliyev Mərkəzi - Gülarə Qədirbəyova küçəsi - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Bakı Ekspo Mərkəzi -"Sea Breeze" istirahət mərkəzi.
Ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək. Bu avtomobillərin hər birinin maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır. Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobillər həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət bəxş edəcək.
Yürüşdən sonra "Sea Breeze" istirahət mərkəzində klassik avtomobillərin sərgisi və tanınmış ifaçıların iştirakı ilə konsert təqdim olunacaq. Konsertdə sevilən müğənnilər - Aysel, Cin, Dilarə Kazımova, Eldar və Nigar, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə və Zamiq Hüseynov çıxış edəcəklər.
Əyləncə proqramına müxtəlif müsabiqələr, "Ən nizamlı sürücü", "Ən unikal avtomobil", "Ən rəngarəng geyim" və digər nominasiyalarda qaliblərə hədiyyələrin təqdimatı da daxildir. (trend)
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ








