Hərbi qənimətlər necə istifadə olunacaq?- AÇIQLAMA

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu ərazilərdə təxribat törətməsi nəticəsində başlayan və hazırda ordumuzun üstünlüyü ilə davam edən döyüşlərdə Azərbaycan Ordusu işğal altında olan bir sıra rayonları, kəndləri və vacib yüksəklikləri işğaldan azad edib.
30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək yeni tarix yazan Azərbaycan Ordusu, həm də düşməndən çox sayıda hərbi qənimət də götürüb.
Döyüş meydanında uduzan Ermənistan ordusunun döyüş meydanında atıb qaçdığı və ordumuz tərəfindən ələ keçirilən hərbi texnikalarının sayı çoxalmağa davam edir.
Düşməndən qənimət kimi götürülmüş hərbi texnika, silah-sursat istifadəyə yararlı hesab edilirmi? Qənimətləri işlək vəziyyətə gətirib, onlardan istifadə etmək olarmı?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, düşməndən qənimət kimi götürülmüş hərbi texnikalardan bir neçəsi artıq istifadə edilir:
"Düşməndən qənimət kimi götürülmüş hərbi texnikanın, yararlı zirehli hərbi texnikaların bir hissəsi artıq işlək vəziyyətdədir. Yararlı zirehli hərbi texnikaların, silah-sursatların müəyyən təmir işləri həyata keçirildikdən sonra artıq istifadəyə yararlı hesab edilir və istifadə edilir. Həmçinin qənimət kimi götürülmüş hərbi texnikadan, silah-sursatlardan bəziləri var ki, onların da müəyyən detalları digər texnikaların təmiri məqsədi ilə götürülüb və onların təmirində istifadə olunur. Bu, normal bir şeydir. Qənimət kimi götürülən istənilən hərbi texnika artıq Azərbaycan Ordusunun arsenalına, istifadəsinə verilir".
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












