Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - AÇIQLAMA - VİDEO

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun ödənişli hissəsi ilə bağlı anlaşılmazlıq yaşanıb. Sürücü bildirib ki, yolun girişinə quraşdırılmış monitora "hibrid giriş yoxdur" yazılıb. Nə baş verdiyini anlamayan sürücü yolda hibrid avtomobillə hərəkətin məhdudlaşdırıldığını düşünüb.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli baku.ws-ə bildirib ki, burada tamamilə başqa anlayışdan söhbət gedir. Yolda hibrid avtomobillərin hərəkəti ilə bağlı heç bir qadağa yoxdur: "Orada həm ödəniş məntəqəsinə yaxınlaşıb müvəqqəti kart alıb keçmək də olacaq, həm də daimi kart da alıb (xüsusi çipli kart) alın şüşəsinə yapışdırıb onunla da keçmək olur. Hibrid də məhz bu iki ödəniş üsulunun tətbiqi anlamına gəlir. Sürücülər hər iki kartdan istifadə edərək ödəniş məntəqəsində keçid edə biləcəklər. Hazırda həmin sistem işlək vəziyyətə salınmayıb. Yaxın zamanda kartla keçid olacaq. Burada hibrid avtomobillə bağlı heç bir qadağa yoxdur".
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












