Hibrid avtomobillərinə tələb artır; güzəşt olacaqmı? - ARAŞDIRMA

"Hibrid avtomobillərinə tələbin artması həmin avtomobil idxalının çoxalmasına gətirib çıxarır". Bu sözləri unikal.org-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib:

"Hibrid avtomobillər ekonom olduğu və xüsusilə yanacaq baxımından az xərc tələb etdiyi, həmçinin benzinsiz müəyyən sürət daxilində istifadə olunduğu üçün bu avtomobillərə tələb artıb. Digər tərəfdən premium markalı benzinin qiymətinin artması da buna təsirsiz ötüşməyib. Əvvəlki dövrlərdə hibrid avtomobilləri ilə bağlı müəyyən tərəddüdlər var idi. Lakin son dövrlərdə bu avtomobillərin servis xidmətlərinin inkişaf etməsi də tələbi artıran səbəblərdəndir.
Növbəti dövrlərdə hibrid avtomobillərinə tələb artmaqda davam edəcək. Çünki bu avtomobillərdən istifadə olunması ekoloji baxımdan arzuolunandır. Buna görə, idxal xərclərinin azaldılması və ili yeni olan avtomobillərin daha çox idxalına nail olunması arzuolunandır".
Ekspert İlqar Hüseynli isə bildirib ki, ölkəmizə hibrid maşınları daha çox taksi xidmətlərini həyata keçirmək üçün gətirilir: "Çünki 60 km/saat-a qədər yanacaq məsrəfi olmur. Yalnız bu sürət həddini keçdikdə yanacaqdan istifadəyə keçirlər. Buna görə, paytaxt daxilində həmin avtomobillərdən istifadə etmək əlverişlidir. Bu isə ailə büdcəsi üçün iqtisadi səmərəlilik baxımından faydalıdır. Avomobil idxalı ilə məşğul olan iritutumlu şirkətləri müşahidə etdikdə dizel yanacağı ilə işləyən, Euro 5 standartlarına çox da uyğun olmayan avtomobillərin sürətli idxalını görürük. Bu isə o deməkdir ki, bir az imkanlı şəxslər həmin avtomobillərə üstünlük vermirlər. Əsasən, aztəminatlı ailələr bu avtomobilləri almağa və hazırda olan avtomobilini ona dəyişməklə məşğuldurlar".
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?










