Hikmət Hacıyev: "Cenevrədəki görüşdən sonra rayonlar ağır artilleriya ilə atəşə tutulub"

"Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulmuşdur.
Bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılmışdır.
Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi atılmışdır".
"Report"un xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, təəssüflə bildirib ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. 27 sentybardan bu günə qədər Tərtər rayonuna 15.000-dən artıq mərmi və raketlər atılmışdır:
"Muzdlular barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır. Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır.
8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilmiş və ANAMA tərəfindən zərərsizləşdirilmişdir. ANAMA tərəfindən bu fakt sənədləşdirilmişdir.
2016-cı ilin aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ fosfor mərmisi atılmışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilmişdir.
Hal-hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar vardır".
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












