Hikmət Hacıyev: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar”

“İlk olaraq onu qeyd edim ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, qarşı tərəf bizi Xankəndini bombalamaqda ittiham edir:
“Xankəndiyə gəldikdə isə orada Ermənistan ordusunun 2-3 əsas bazası, həmçinin əsas raket sistemləri yerləşir. Biz Ermənistanın Müdafiə Nazirliyinə Azərbaycanın mülki əhalisini hədəfə almaqdan çəkinmələri üçün xəbərdarlıq etmişdik. Xüsusilə, bundan sonra onlar mülki əhaliyə qarşı hücumlara başladılar.
Bundan əlavə, burada mülki əhalidəki itki ilə bağlı rəqəmlərə baxmaq lazımdır. Onlar tərəfdən və biz tərəfdən mülki itkilərin sayına baxın və müqayisə edin. Bu yaxınlarda işğaldan azad etdiyimiz Hadruta baxsanız, orada 1-2 yüngül dağıntıdan başqa mülki binalara zərər dəymədiyini görə bilərsiniz. Ancaq bizim işğaldan azad etdiyimiz Füzuli və Cəbrayıl rayonlarında ermənilərin nə cür dağıntılar etdiyini videolarda hər kəs görə bilər. Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq asmaq üçün bir dənə salamat bina tapa bilmirdilər”.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












