"Hyundai Creta" modeli yenilənəcək

Hyundai şirkətnin İndoneziya bölməsi yenilənmiş Creta krossoverinin bir neçə tizerini dərc edib. Yığcam krossoverin bir müddət bundan əvvəl nəsil dəyişdirməsinə baxmayaraq, istehsalçı yenilənmiş dizayn üzərində işləyir. Bir çox jurnalistlər bunu krossoverin mübahisəli dizaynı ilə əlaqələndirirlər - aktual modelin dizaynı çoxlarının xoşuna gəlməyib.
Bu səbəbdən də, Hyundai şirkəti təcili surətdə vəziyyətə müdaxilə etmək qərarına gəlib. Koreya istehsalçısının dərc etdiyi yeni dizayner eskizlərində modelin xaricində və daxilində baş verəcək dəyişiklikləri göstərilib.
Təsvirlərdən göründüyü kimi, yenilənmiş Creta yeni nəsil Tucson modelinin üslubunda ön tərəfə malik olacaqdır - yenilənmiş model gündüz hərəkət işıqları inteqrasiya olunmuş haşiyəsiz radiator barmaqlığını alacaqdır. Bundan başqa, yan tərəfdəki çıxıntılar da dəyişdiriləcəkdirlər, kuzov isə ümumilikdə daha brutal olacaqdır.
Əgər Creta modeli ön tərəfdən kiçildilmiş Tucson kimi görünsə də, dizaynerlər arxa tərəfin dizaynına toxunmamaq qərarına gəliblər. Salonda multimedia sisteminin səkkizdüymlük ekranı və əlavə oturacaq cərgəsi peyda olacaqdır - yeddiyerlik versiyanın uzadılmış deyil, standart kuzova malik olacağı gözlənilir.
İlkin məlumata görə, krossoverin mühərrik çeşidi dəyişilməz qalacaqdır. Cənubi-şərqi Asiya bazarlarında Creta modeli 115 at qüvvəli 1,5-litrlik benzin və dizel mühərrikləri ilə təklif edilir. Ən güclü aqreqat isə, 140 at qüvvəli dördsilindrli turbomühərrik olacaqdır. Güc aqreqatları mexaniki ötürmələr qutusu, variantor və yaxud iki muftalı robotlaşdırılmış transmissiya ilə təchiz ediləcəklər.
Yenilənmiş Hyundai Creta modelinin satılacağı ilk bazar İndoneziya olacaqdır. Hazırda bu ölkədə Hyundai şirkətinin yeni zavodunun inşası başa çatmaq üzrədir. Yenilənmiş krossovein istehsalı həmin zavodda yerləşdiriləcəkdir.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












