Işğaldan azad olunmuş əraziləri minalardan belə təmizlənir - VİDEO

Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizləməsi əməliyyatlarını davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, dünəndən etibarən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış döyüş sürsatlarından təmizlənməsi əməliyyatlarına başlayıb.
Bu əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb olunub. Bu işlərlə yanaşı razılaşdırılmış və təstiq olunmuş tədris və təlim proqramına uyğun olaraq Rusiya Federasiyası mütəxəssisləri ilə birlikdə tədris və təlim kursları da davam edir. Kurslar nəzəri və praktik şəkildə həyata keçirilir.
Yanvarın 4-dən başlayaraq 20 nəfər heyət minatəmizləmə əməliyyatlarına başlayıb. Hazırda mina sahəsində axtarış əməliyyatları aparılır. İki min kvadrat metr ərazi artıq təmizlənib, 25 piyada əlehinə mina mexaniki üsulla aşkar edilərək zərərsizləşdirilib.
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə deyib:
“Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsi məqsədilə yanvarın dördündə gəlmiş 20 nəfərlik heyət işə başlayıb. Hazırda minalanmış ərazilərdə təmizləmə işləri aparılır. Artıq iki min kvadratmetr sahədə 25 piyada əleyhinə mina zərərsizləşdirilib”.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










