İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”

“Bizim apardığımız hesablamalara görə, müharibə başlayan zamandan Ermənistan ordusuna iki milyard dollar ətrafında ziyan dəyib. Hazırda bu, davam edir”.
Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, Ermənistanın büdcəsi, valyuta ehtiyatları məlumdur:
“Bu müharibə günlərində onların iki milyard dollarlıq silahları məhv edilibsə, hələ də bu silahlar var. Məhv edilən silahlar işğal olunmuş torpaqlardadır.
Ermənistan ərazisində silahlar var. Haradan aldılar bu silahları? Haradan bu pulu tapdılar? Təbii ki, onlarda bu pul yoxdur. Demək ki, pulsuz alıblar”.
“Mən Ermənistan rəhbərliyinə də müraciət etmişəm - atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın. Bu müharibə dayansın, siz də qalan silahlarınızı qoruyun. Yoxsa belə gedərsə, onların bütün silahlarını biz məhv edəcəyik” ,- deyə İ.Əliyev vurğulayıb.
Nərminə
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












