İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”

İrəvan danışıqlar prosesində konstruktiv davranacağı halda, Bakı hərbi əməliyyatları qısa müddətdə dayandırmağa hazırdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-a müsahibəsində söyləyıb.
“Vəziyyətin hələ də qaynar mərhələdə olması bizim günahımız deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan uzunmüddətli danışıqlar prosesi ilə hazırlanan tənzimlənmə prinsiplərinə sadiqdir. Əgər Ermənistan danışıqlar prosesində konstruktiv davranarsa, biz günü sabah hərbi fəaliyyətləri dayandırmağa hazırıq, ancaq bizim İrəvandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış baza prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”, - deyə İlham Əliyev Moskvada razılaşdırılmış atəşkəsə qayıtmaq şansı görüb-görməməsi yoxsa atəşkəsin tamamilə pozulması ilə bağlı suala cavabında bildirib.
Dövlət başçısı eyni zamanda danışıqlar prosesinin pozulmasında erməni tərəfinin məsuliyyət daşıdığını qeyd edib.
“Bu yaxınlarda Ermənistan rəhbərliyi yenidən faktiki olaraq baza prinsipləri rədd edən çox təhlükəli bəyanatlarla çıxış etdi. Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesini pozmağa yönəlmişdi. Mən artıq onların çoxsaylı bəyanatları, təxribat xarakterli fəaliyyətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də əgər erməni tərəfi nəhayət hərbi təxribatlar yolunun onları fəlakətə aparacağını başa düşərsə, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masasında həll etməyə hazırıq”, - deyə İlham Əliyev qeyd edib.
Ölkə başçısı həmçinin Bakının tərəfdaşları ilə təmaslar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayıb.
“Əvvəldən də, münaqişənin həlli üçün aparılan danışıqlar prosesində də biz hər zaman beynəlxalq hüquqa və münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizə əsaslanmışıq. Azərbaycanın Moskvadakı danışıqlardan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdıq. Ancaq təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu – heç 24 saat keçmədən yuxuda olan Gəncə şəhərinə hücum edildi”, - deyə Prezident bildirib.
Azərbaycan Prezidentinin sözlərinə görə, zərbə bilərəkdən yaşayış məntəqələrinə vurulub və ilk hücumdan sonra çox sayda ölü və yaralılar olub.
“Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu və bununla da vasitəçilərə və Moskvada bu qədər uzun danışıqlardan sonra üzərinə götürdüyü öhdəliklərinə hörmətsizlik göstərdi.
Əsirləri və ölənlərin cəsədlərinin mübadiləsi məqsədilə atəşkəsin şərtlərinin razılaşdırılmasından sonra Ermənistan atəşkəs rejimini döyüş meydanında da pozdu. Ancaq görünür bu onlara kifayət etməyib və onlar Gəncə şəhərinə hücum ediblər.
Yeri gəlmişkən, iki gün əvvəl gecə onlar yenidən bunu etdilər. Bu çox alçaq cinayətdir, bu beynəlxalq terrorizmdir. Dünya ictimaiyyətinin bu qanlı cinayəti yekdilliklə qınaması ondan xəbər verir ki, onlar bundan sadəcə belə yaxa qurtara bilməyəcəklər”, - Prezident bildirib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












