İsveç nəhəngi “Volvo” ilk dəfə olaraq dəridən imtina edir - FOTO - YENİLƏNİB

İsveç nəhəngi “Volvo” ilk dəfə olaraq dəridən imtina edir. Bunun əvəzinə “Volvo Cars” tərkibində dəri olmayan yeni, daha dözümlü materiallardan istifadə edəcək. Tərkibində dəri olmayan materiallar C40 və yeni istehsal ediləcək XC90 modellərində istifadə olunacaq. Dərisiz seçimlər 60 seriyalı və XC40 Recharge-da da təqdim ediləcək. “Volvo” tərəfindən təkrar emal edilmiş mənbələrdən hazırlanan yeni materiallar yüksək keyfiyyətli və gözəl interyer dizaynı üçün yeni standartlar təyin edəcək.
Şirkətin Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, “Volvo Cars” dünya avtomobil sənayesində dəri materialı üçün yüksək keyfiyyətli və daha dözümlü alternativlər tapmaqda aparıcı rol oynayır. ‘’Heyvanlara zərər vermədən’’ prinsipi ilə fəaliyyətə davam etmək şirkətin ən prioritet hədəflərindən biridir. “Volvo Cars” heyvan məhsullarına olan tələbatın azaldılmasına töhfə verərək, heyvanlara zərər vurmağı dayandırmaq məqsədilə əlindən gələni edərək, beynəlxalq aləmdə güclü və dayanıqlı etik mövqe nümayiş etdirir.

“Volvo Cars” heyvan məhsullarından istifadə etməyən və alternativlər axtaran avtomobil dizayn sənayesinin hərəkətverici qüvvəsidir. Belə ki, şirkət dəridən tamamilə imtina etməyi qarşısına hədəf qoysa da, keyfiyyət və ən başlıcası, dözümlülüyün də azaldılmasının qəti əleyhinədir. Təhlükəsizlik sahəsində innovativliyi ilə seçilən İsveç nəhəngi bu sahə üzrə də daima axtarışdadır. Məhz bu səbəbdən mütəmadi olaraq, artıq illərdir ki, keyfiyyət və dözümlülüyü saxlamaqla dəri məhsullarına alternativ axtarışları davam edir.
Qeyd edək ki, “Volvo Cars”-ın Azərbaycanda rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.
İşlənmiş avtomobil ehtiyat hissələri kəskin bahalaşıb - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO













