İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO

Xəbər verdiymiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Nəticədə, Azərbaycan öz ərazilərini illərlə sürən mənfur düşmən tapdağından azad edib.
Müharibə vaxtı düşmən Azərbaycanın dinc əhalisini kasetli bombalardan atəşə tutub, ərazilərimizə ağ fosfor mərmiləri atıb.
İşğaldan azad edilmiş torpaqlarda fosfor mərmisinin partladılması barədə İtaliyanın “La Republica” nəşri reportaj hazırlayıb.
“Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında... 30 il əvvəl 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilib. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir. Burada hər şey dağıdılıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalıb”, - deyə reportajda bildirilib.
Eyni zamanda, qeyd edilib ki, Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilib:
“Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbiristanlığı dağıdılıb. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcburi köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.
Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyanata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutmuşlar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk ediblər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzəmətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd edib.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










