İtaliyanın dövlət katibi Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşüb - FOTO
Avtoxəbər
9 Dekabr 2020 22:10

İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını özünün “Facebook” səhifəsində paylaşıb.
AZƏRTAC xəbər verir ki, dövlət katibi vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. O, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.
Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.
Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb.
Oxunub : 1366
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 12:11
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
10 Sentyabr 2026 17:00
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
10 Sentyabr 2026 16:00
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
10 Sentyabr 2026 15:41
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
10 Sentyabr 2026 15:30
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
9 Sentyabr 2026 15:00
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
8 Sentyabr 2026 18:00
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
8 Sentyabr 2026 16:53
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
8 Sentyabr 2026 16:48
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
8 Sentyabr 2026 16:41
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
7 Sentyabr 2026 20:15
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
7 Sentyabr 2026 17:16
Sürücülərin sevmədiyi funksiyalar
ŞƏRH YAZ










