İyunun 1-dən taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? - AÇIQLAMA

Son günlər taksi fəaliyyəti ilə bağlı bir çox məsələlər müzakirə edilir. Diqqətçəkən məqamlardan biri isə bəzi taksi şirkətlərinin iyunun 1-dən etibarən minimal gediş haqqını 4,5 AZN-ə qədər qaldıracağına dair iddiaların yayılmasıdır.
Avtosfer.az xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı bir sıra taksi şirkətlərinin yerli nümayəndəlikləri ilə əlaqə saxlayıb.
“Bolt” taksi şirkətinin yerli nümayəndəliyinin icraçı direktoru Nazim Əzizov yayılan məlumatları feyk adlandırıb.
“Yaxın zamanlarda şirkətin minimal gediş haqqına hər hansı artım etməsi gözlənilirmi?” sualına isə: “Bilinmir”, - deyə cavab verib.
“Uber” taksi şirkətinin yerli nümayəndəliyindən isə bildirib ki, sözügedən qiymət artımı ilə bağlı şirkətin baş ofisindən heç bir şərh verilməyəcəyi qeyd edilib.
“Yango” taksi şirkətinə isə məsələ ilə bağlı sorğu göndərsək də, orada sorğumuza cavab verən məsul şəxs tapılmadı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi fəaliyyəti üzrə gediş haqlarının təyin edilməsi qurumun səlahiyyətinə aid deyil.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












