“KamAZ” Azərbaycanda böyük Lizinq Şirkəti Yaratdı

“KamAZ” Azərbaycanın kommersiya bazarına çıxış məqsədi ilə yeni böyük lizinq şirkəti yaradıb. Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, yeni təsis edilən şirkət “Kamaz Lizinq Azərbaycan” MMC-dir. Şirkət 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1 699 000 manat olmaqla, Bakı şəhəri Qaradağ rayonu, Salyan şossesi, ev 2 hüquqi ünvanında qeydə alınmışdır.
“Kamaz Lizinq Azərbaycan”ın qanuni təmsilçisi Rofel Qurbanov Qasım oğludur.
Rusiyanın “KamAZ” şirkəti yaxın gələcəkdə Azərbaycanda yeni servis mərkəzlərinin açılmasını və tərəfdaşı “Gəncə Avtomobil Zavodu” müəssisəsinin servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırır. “KamAZ”ın strateji planları sırasına Cəbrayıl şəhəri yaxınlığında servis mərkəzinin tikintisi də daxildir.
“Biz həmçinin “Gəncə Avtomobil Zavodu”nun Bakı və Gəncə şəhərlərində servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırırıq. Bundan başqa, müştərilərimizə yüksək keyfiyyətli və ərazi baxımından əlçatan xidmətlərin təklif olunması üçün yeni servis mərkəzlərinin açılması imkanları nəzərdən keçirilir”.
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












