“Kəlbəcərdən Qarabağa getmək mümkün olmalıdır” – Erməni millət vəkili

“Erməni xalqı 9 noyabrda imzalanan sənədin məntiqinə uyğun olaraq Qarabağın blokadadan çıxarılmasını tələb edirlər”. Bu sözləri Ermənistan Parlamentinin üzvü Taquhi Tovmasyan “Zoğovurd” qəzetinə açıqlamasında bildirib. “Müharibədən sonra blokadanın aradan qaldırılmasından və azad iqtisadi münasibətlərdən danışırıqsa, onda Qarabağ da mühasirədən çıxmalı və yalnız Laçının “dar dəhlizinə” güvənilməməlidir. 10 noyabrdan sonra Ermənistan Respublikasının Baş naziri, Ermənistan Respublikasının Prezidenti, Rusiyanın Ermənistan Respublikasındakı səfiri və digər yüksək vəzifəli rəsmilərlə görüşüb Kəlbəcər avtomobil yolunun istifadəyə verilməsinə kəskin ehtiyac olduğunu bildirdim. Bu magistral ən azı rus sülhməramlılarının müşayiəti ilə işləməlidir. Qarabağın və Qarabağa gedənlərin təhlükəsizliyini təmin etməkdə onların rolu çox vacibdir”, – Tovmasyan qeyd edib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












