Köhnə avtomobillər yığışdırılanda ciddi problem ortaya çıxa bilər - Etibarnamə

Azərbaycanda son həftələrdə köhnə avtomobillərin utilizasiyası məsələsi ciddi müzakirə olunur. Bu sahədə qanunvericilik baxımından da müəyyən irəliləyişin olması mütərəqqi haldır. Bəs proqramın reallaşmasında hansı problem ortaya çıxa bilər? Qonşu ölkənin təcrübəsinə baxaq.
Avtosfer.az xəbər verir ki, Rusiyada 2010-2011-ci ildə həyata keçirilən ilk utilizasiya proqramı zamanı ortaya çıxan problemlərdən biri də etibarnamə məsələsi idi. Qanuna görə, avtomobili utilizasiyaya verən şəxs azı 1 il ona sahib olmalı idi. Elə həngamə də burada qopdu.
Rusiyada SSRİ-dən qalmış etibarnamə ilə satış üsulu geniş yayıldığı üçün bəzilərinin əlinə fürsət düşdü. Etibarnamə mülkiyyət hüququ vermədiyi üçün bəzi avtomobil sahibləri etibarnaməni ləğv edib illər əvvəl satdıqları avtomobili geri qaytardılar. Məhkəmələrdə bununla bağlı çox sayda iddia qaldırıldı. Bu işə görə döyülən və öldürülənlər də az olmadı. Artıq proqramdan 11 il keçib və məsələ unudulub.
Bizdə də belə problemlərin yaranacağı istisna edilmir. Çünki ölkəmizdə vaxtilə ikinci əl avtomobillərin əksəriyyəti elə 20-30 illik etibarnamə ilə satılırdı. Bu pis tendensiyaya son qoyulsa da, əvvəlki illərdə etibarnamə ilə satılmış avtomobillərin sayı on minlərlədir. Elə utilizasiya olunmalı texnikanın əksəriyyəti bu qəbildəndir.
Yeri gəlmişkən, Rusiyadakı utilizasiya proqramı dövründə Rusiyada avtomobil satışlarında rekord qeydə alındı. Paralel olaraq Federasiyada qəzaların və yolda qalan avtomobillərin sayı da azaldı.
Vüqar
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










