Kondisionerli ikinəfərlik velosiped təqdim edildi - FOTO

Fransanın "Cixi" şirkəti "Vigoz" adlı elektrik velosipedini təqdim edib.
Avtosfer.az "New Atlas"a istinadən xəbər verir ki, kompakt avtomobilə bənzəyən nəqliyyat vasitəsi əslində sürücü və bir sərnişin üçün nəzərdə tutulmuş qapalı kuzovlu üçtəkərli velosipeddir.
"Cixi" təxminən on il əvvəl Yuxarı Savoya bölgəsində yaradılıb. Onun ilk modeli "Vigoz" hələ seriya istehsalı mərhələsinə keçməyib.
Velosipedin salonunda iki nəfər bir-birinin ardınca otura bilər. Sürücü nəqliyyat vasitəsini yarı uzanmış vəziyyətdə idarə edir.
Velosipedin pedalları birbaşa elektrik mühərrikini şarj edir. Dönməni asanlaşdırmaq üçün velosipedin gövdəsi əyilir. Dönüşün istiqaməti salondakı iki tutacaqla müəyyən edilir.
Döşəmə altında yerləşən 22 kilovatlıq akkumulyatorla "Cixi Vigoz" 160 kilometr məsafə qət edə bilir. Maksimal sürət 120 km/saatdır. Salonda təhlükəsizlik üçün kəmərlər, rahatlıq üçün kondisioner var.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir














