Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edirlər.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlı kontingentin hərbi personalı müşahidə məntəqələrindən keçən bütün avtomobilləri yoxlayır, hərbi polis bölmələri isə Laçın dəhlizindən Xankəndiyə gedən yola marşrut boyu nəzarət edirlər.
Sülhməramlı missiyanın həyata keçirildiyi ərazilərdə vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Cənub zonasında 12, şimal zonasında 11 müşahidə postu qurulub.
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. (“Qafqazinfo”)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












