Laçında yaşayan erməni: "Heç hara getməyəcəm" - VİDEO
Rusiyalı sülhməramlılarla Xankəndidə görüşdüm. Bura da gəlmişdilər. Yemək təklif etdim, götürmədilər. Dedilər ki hər şeyləri var. Dünən gecə döşək və qazan istədilər. Verdim, minnətdarlıq etdilər.
Milli.Az bildirir ki, Laçın rayonunda yaşayan erməni Gegam Harutyunyan Sputnik Armenia-nın reportyoru ilə söhbətində belə deyib.
G. Harutyunyanın sözlərinə görə, 1991-ci ildə Laçına köçüb. İndi də oranı tərk etmək niyyətində deyil.
"Hara gedim ikinci dəfə? Yox. İstəmirəm, getməyəcəm. Ruslar qalsalar, qalacağıq. Getsələr də, qalacam. Azərbaycanlılarla birgə yaşamağa cəhd göstərəcəyəm. Başqa çarə yoxdur", - G.Harutyunyan deyib.
Müsahibə əsnasında Sputnik-in reportyoru "azərbaycanlılar" kəlməsi işlətmir - erməni təbliğatı onun beyninə işləyib. Bu səbəbdən də reportyor "Onlarla birlikdə yaşaya biləcəksiniz?" deyir.
Gegamın cavabı, deyəsən, onu elə şoka salıb ki, müsahibə dərhal başa çatıb.
Gegam Harutyunyanın açıqlaması Ermənistan üçün sensasiya sayıla bilər.
Son 30 il ərzində erməni cəmiyyətinin anti-Azərbaycan təbliğatı ilə necə "bəslənməsi"nin şahidiyik. Sosial şəbəkələrdə, YouTube-da Azərbaycana həsr olunmuş bütün profil və kanallara daraşan ermənlərin bir məqsədi vardı - təhqir, söyüş, tərbiyəsizlik. Elə bir nifrət vardı ki, bu xalqa yazığın gəlirdi, sadəcə.

İndisə kadrda adi kəndlidir. O, "Böyük Ermənistan", "Miausm" və ermənilərin beynini zəhərləyən digər sarsaq ideyalardan çox uzaqdır. Sadəcə, yaşadığı yerdə yaşamaq istəyir və "soyqırım" nağıllarına, "Böyük Ermənistan"a tüpürmək belə, istəmir.
Maraqlıdır, daşnaklar bu "satqın"ı artıq hədəfə alıblar? ASALA növbəti "qisas" üçün pul ayırıb, İrəvan meriyası yeni "qəhrəman terrorçu"nun heykəlinə yer hazırlayıb?
Laçında yaşayan Gegam Harutyunyanı nə gözləyir? Azərbaycanlılar onu xilas edə biləcəkmi?
1 dekabra, işğalçıların Laçını tam tərk etməsi üçün ayrılmış vaxtın son gününə hələ xeyli var...
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












