Ağdərə qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi
Avtoxəbər
8 Oktyabr 2020 16:00

Rus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiyanın Znak.com saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reportajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır. Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.
Müəllif qeyd edir ki, Xankəndində rabitə yoxdur, çünki işıq olmadığından mobil telefonların batareyası tükənib, habelə mobil operatorlar çalışa bilmir.
Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir: “Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.
Reportyor ermənilərin döyüşmək istəmədiklərini vurğulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib: “Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”.
Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən:
“...Mardakert (Ağdərə - red.) qanlı sıyığa dönüb! Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.
Xankəndinin sakinləri rus reрortyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: “Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.
Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.
Məqalədən bəlli olur ki, separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edir. Qalanlara isə Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır. “Biz Allaha yalvarırık ki, kimsə onları dayandırsın” - deyə, Xankəndi sakinlərindən biri bildirib.
Oxunub : 3706
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
ŞƏRH YAZ












