Maşın hərraclarında problem: Sifarişlərin aqibəti necə olacaq? - VİDEO

Son günlər Amerika bazarından avtomobil alınmasında bəzi məhdudiyyətlər yaranıb.
Avtosfer.az xəbər verir ki, bu səbədən ölkəmizdəki yerli şirkətlər müştərilər üçün amerika hərraclarından, xüsusilə bəzi ştatlardan avtomobil alınmasını qeyri-müəyyən vaxta qədər təxirə salıblar.
Logistika şirkətlərindən birinin satış mütəxəssisi Hafiz Əmraslanov bildirib ki, Amerika portlarında işçi kirizinin yaşanacağı, sifarişlərin azərbaycana çatdırılmasında gecikmələrin olacağı nəzərə alınaraq Nyu York, Texas və Corcia kimi şərq və körfəz sahili ştatlardan avtomobil alışını dayandırıblar.
Bildirildi ki, artıq Sahilçilər Assosiasiyası və ABŞ dövlət dənizçilik birliyi arasında yaranan kriz bir müddətlik sona çatmış hesab edilir. Bu səbəbdən amerika hərraclarından avtomobillərin alınması bu günlərdə təkrar start götürüb.
Başqa bir Logistika şirkətinin direktoru Elgiz Əliyev bildirdi ki, əvvəllər sözügedən ştatlardan alınan avtomobillər 50-60 gün ərzində Azərbaycana çatdırılırdı. Ancaq bu ərəfələrdə alınan avtomobillərin çatdırılma müddətinin 10-20 gün daha da artacağı gözlənilir. Elgiz Əliyev bununla belə faktiki olaraq bu kriz səbəbindən logistika qiymətlərinin qalxmadığını da diqqətə çatdırdı.
Elgiz Əliyev özünə xaricdən avtomobil alan şəxslərə tövsiyə edir ki, mütləq şirkət seçimi edərkən diqqətli olsunlar. Sənədləri qaydasında olmayan, Amerikada sığorta şirkətlərinə məxsus olmayan avtomobillərin alınması sonradan onları əlavə maddi ziyana, sifarişlərin çatadırılma müddətinin uzanmasına səbəb ola bilər.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










