Maşında isti havada yanacaq sərfiyyatının azaltmağın yolu

Bəzən avtomobilin salonundakı havanı soyutmaq çətin olur. İsti havlarda bir çox sürücü yanacaq sərfiyyatının ciddi artmasına səbəb olan bir hərəkət edir. Söhbət kondisioneri işə salmaqdan gedir.
Kondisionerin işləməsi avtomobildəki benzin istehlakını 10 faizə qədər və ya daha çox artırır.
Çalışın kondisionerə xüsusi ehtiyac olmadığı təqdirdə onu işə salmayın. Bəzən avtomobil sürməzdən əvvəl sadəcə salonun havalandırılması kifayətdir. Bunu etmək üçün, bir-birinə qarşı və ya diaqonal olaraq yerləşən qapıları açmaq lazımdır. Qapılardan birini bir neçə dəfə açmaq və bağlamaq kifayətdir. Nəticədə təmiz hava avtomobilin salonuna daxil olacaq və isti hava xaric olunacaq.
Beləliklə, soyutma qurğusunu işə salmadan yanacağa təxminən 10% qənaət etmək mümkün olacaq.
Ancaq avtomobili sürən zaman pəncərələri açmamalısınız. Çünki bu yanaşma avtomobilin aerodinamikasının pozulmasına gətirib çıxarır. Nəticədə, yanacaq sərfiyyatı kondisioner işlədiyi vaxtdan daha çox olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, çöldə hava həddindən artıq istidirsə və avtomobilin içərisi ultra havasızdırsa, cihaz işə salınmalıdır. Belə bir vəziyyətdə ventilyasiya kömək etməyəcək. (lent.az)
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












