Maskı sevmirlər, amma maşınını alırlar - FOTO

Son aylarda “Tesla”nın satışlarında ciddi geriləmə müşahidə edilir. Ən ciddi azalma isə Avropa İttifaqındadır.
Avtosfer.az xəbər verir ki, “Tesla”ya münasibətin dəyişməsinin səbəbi İlon Maskın başqa ölkələrin işinə müdaxiləsidir. Məsələn, satışlar Fransada 67 faiz, isveçdə 54 faiz, Belçikada 47 faiz geriləyib. Aprel ayında Avropa İttifaqında Teslanın bazar payı yarıbayarı azalaraq 1,1 faizə enib.
Lakin bir Avropa ölkəsində satışlar artır. Mayda Norveçdə 2600 “Tesla” satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 faiz çoxdur.
Marka Norveç bazarında şəriksiz liderə çevrilib.
Norveç Elektromobil Assosiasiyasının prezidenti Kristina Bu bildirir ki, artımın səbəbi qiymət/keyfiyyət uyğunluğudur. Bir neçə ay əvvəl şirkətin ciddi endirimə getməsi və faizsiz kreditlər markanın cəlbediciliyini artırır.
Bəs norveçlilər Maskın siyasi baxışlarına necə yanaırlar? Xanım Bu bildirir ki, “norveçlilər Maskı sevməsələr də, onun maşınlarını sürməkdən utanmırlar”.
Vüqar
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR














