"Mercedes-AMG" yeni model təqdim edib - FOTO

Brabus tüninq atelyesinin model çeşidində “800” ailəsi xüsusi yer tutur. Hazırda bu ailəyə Mercedes-AMG E63 S modeli daxildir.
Indi isə “800” xəttinə üçcərgəli Mercedes-AMG GLS 63 krossoveri də qoşulub. Əsas diqqət krossoverin mühərrikinin gücünün 800 at qüvvəsi, fırlanma anının isə 1000 Nm-ə qədər artırılmasına yönəldilib.
Belə xarakteristikalara malik olmaq üçün, Brabus mühəndisləri krossoveri Brabus PowerXtra B40S-800 dəsti ilə təchiz etməyi məsləhət görürlər. 800 at qüvvəli Mercedes-AMG GLS 63 krossoveri 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti elektronika tərəfindən 280 km/saat həddində məhdudlaşdırılıb.
Layihəyə Brabus Rocket 900 adı verilib və mühərrikin gücləndirilməsi yanaşı, karbondan kuzov dəstinin quraşdırılması, asqının hündürlüyünün aşağı salınması və standart təkər disklərinin firma diskləri ilə əvəzlənməsi nəzərdə tutulur.











Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO












