“Məryəmi şüşənin altından çıxardılar, anam onu tapa bilmirdi” - VİDEO

Ötən gün gecə saatlarında Gəncə şəhərinin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində dağılan bina sakinləri həmin vaxt yaşadıqlarını Real TV-yə danışıblar.
Avtosfer.az xəbər verir ki, hadisə şahidlərindən biri parlayış baş verən binada yaşayan 6 yaşlı Aylindir. O, ən çox oyuncaqları üçün darıxdığını deyib: “Mən yatmışdım. Qəfildən evin damı uçdu, aynalar qırıldı. Yorğan-döşək dağılmışdı. Məryəmi şüşənin altından çıxardılar. Heç anam da onu tapa bilmirdi”.
Aylin deyir ki, hadisə baş verən vaxt evdə özündən başqa bacısı Məryəm, babası, nənəsi və anası olub: “Bura əvvəl qəpqəşəng bir ev idi. Ən çox oyuncaqlarım üçün darıxıram. Ən sevdiyim Elza oyuncağım idi…”
Aylinin bacısı Məryəm ermənilərin atdığı mərmi nəticəsində başından yaralanıb. Cəmi 2 yaşı olduğundan hadisə ilə bağlı danışa bilməyib.
.jpg)
Digər bir zərərçəkmiş Tural Zeynalov isə həmin hadisəni belə xatırlayır: “Evdə uzanmışdıq, birdən ev üstümüzə çökdü. Tez atamı, anamı götürüb küçəyə çıxdıq. Baxdıq ki, hər yer dağılıb, iki mərtəbəli bina yox olub. Əsas vətən sağ olsun, ev gəldi-gedərdi…”
T. Zeynalov həmçinin bildirib ki, düşmən istəyinə nail ola bilməyib, əhalidə təşviş yaratmayıb".
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












