Meşələrimizdə gizlənən ermənilərlə bağlı AÇIQLAMA

Yaxın gələcəkdə Azərbaycan Ordusundakı erməni əsirlərin sayı artacaq.
Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a rus tarixçi, politoloq Oleq Kuznetsov Azərbaycanın Xocavənd rayonunda bir neçə erməni hərbçinin "partizanlıq" etmək üçün meşələrə sığındığı ehtimalı haqda yayılan informasiyaları şərh edərkən söyləyib.
"Havaların soyuması, qarın yağması və bu cür şəraitdə aktiv döyüş əməliyyatları aparmağın mümkünsüzlüyü səbəbindən onların dağlıq və meşəlik ərazilərdə qalması mənasızdır. Hazırda Azərbaycan Ordusunun arxa cəbhəsində qalan erməni əsgərləri yəqin ki, yemək, istilik və geyimlə bağlı böyük çətinliklər yaşayırlar və əminəm ki, onlar artıq qarın üzərində yatmaqdan beziblər. Buna görə də erməni mənbələrində bildirildiyi kimi, erməni əsgərləri müvafiq qüvvələrlə əlaqə yaradaraq, xilasetmə xidmətlərini çağırmağa çalışırlar", - deyə o bildirib.
Politoloqun sözlərinə görə, erməni hərbçiləri əsir düşüb rüsvay olmamaq üçün Azərbaycan Ordusuna təslim olmaq istəmirlər və onların (erməni əsgərləri - red.) rus sülhməramlılarına təslim olmağa çalışacaqları tamamilə aydındır:
"Ancaq dağlarda qış şərtlərində bunu etmək çox çətin olacaq. Mina sahələrindəki keçidlərin identifikasiya nişanları artıq qarla örtülüb, Ermənistan ordusunun qalıq qrupları isə mina axtaranların köməyi ilə hərəkət edə bilməyəcək qədər zəifləyib. Buna görə də onlar (erməni hərbçiləri - red.) yerləşdirdikləri minaları öz bədənləri ilə təmizləyəcəklər. Hesab edirəm ki, Azərbaycan Ordusunun onların qurtuluşu deyil, ya onları yaxalamaq, ya da aradan qaldırmaq üçün bir axtarış əməliyyatı təşkil etməsi lazımdır".
Kuznetsov əlavə edib ki, "hamının hamıya" prinsipi ilə hazırda hərbi əsirlərin və məhbusların mübadiləsi əməliyyatını həyata keçirmək tezdir, çünki o zaman Azərbaycan dağlarda və meşələrdə gizlənən Ermənistan ordusunun qalıq qruplarını yaxalamaqla əsirlərin mübadiləsi müqaviləsinə uymamaqda günahlandırıla bilər:
"Meşələr diversantlardan və ya təxribatçılardan təmizlənməyincə belə bir mübadiləni həyata keçirmək məqsədəuyğun deyil".
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










