"Metropoliten niyə 10 ildir o yolu bağlayıb?” - Ekspert

Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonu Xudu Məmmədov küçəsində 8 yaşlı 2-ci sinif şagirdinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Təhsil eksperti Kamran Əsədov öz feysbuk hesabında həmin ərazidə hərəkət edən 51 və 57 saylı avtobusların sürücülərinin nəqliyyat vasitəsini təhlükəli sürməsi ilə bağlı fikirlər bildirib.
“Ümumiyyətlə X. Məmmədov küçəsində hərəkət edən 51 və 57 saylı xətt avtobuslarının sürücüləri özlərini ölkəmizin uzunmüddətdir ev sahibliyi etdiyi Formula 1-in sürücüsü kimi aparırdılar.
Sağ olsun keçmiş BNA 57 saylı avtobusu yeniləri ilə əvəz etdi. İndi 51 saylı avtobusun o küçə boyu sürməsini görəndə adam qorxur. Düzü, mən görəndə ki, 51 saylı avtobus gəlir, avtomobili sağa çəkirəm ki, gəlib keçsin.
Digər bir məsələ isə, artıq 10 ildən artıqdır ki, Həzi Aslanov metrosunun üzərində metro stansiyasının tikintisi ilə bağlı əsas yol bağlanıb. Hadisənin və hələ neçə eyni hadisənin olmasını qaçılmaz edən yol köməkçi yoldur”.
K. Əsədovun sözlərinə görə, X. Məmmədovdan Məhəmməd Hadi küçəsinə güdən bu köməkçi yol sərt döngəli yoldur: “Hətta 30 sürət ilə gələndə 90 dərəcəli döngə ilə qarşılaşırsan və ictimai obyektlər görmə məsafəsini məhdudlaşdırır. Ətrafda, o dar, təhlükəli yoldan 3 orta məktəbin 5 mindən çox şagirdi hər gün istifadə edir.
Maraqlıdır, Metropoliten niyə 10 ildir o yolu bağlayıb? 10 il ərzində bir stansiyasının tikintisi başa çatmadı? Axı orada insan ölüb. 8 yaşlı oğlan. Bu hər birimizin balasıdır, övladıdır. Aidiyyəti dövlət orqanları bu bağlı yolun açılması istiqamətində iş görməlidir”. (qafqazinfo)
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










