“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra...

“Qorxmurduq, bizim üçün qorxu deyilən şey yox idi. Mən qorxu hissini yaşamadım. Nə dost-tanışımızın, nə də özümüzün ölümü bizi qorxutmurdu. Düşmən bizim üçün adi şey idi”.
Trend-in məlumatına görə, bunu Qarabağ qazisi Namiq Qasımzadə deyib.
Füzuli istiqamətində gedən döyüşlərdə eyni anda iki dəfə minaya düşən N.Qasımzadə bildirib ki, minaya düşən zaman yanında olduğu bir hərbçi yoldaşı şəhid olub, digəri isə yaralanıb:
“Kimsə dedi ki, minaya düşdük. Elə həmin an da ikinci minaya düşdük. O an maşının biz oturduğumuz hissədə dəmir açıldı və biz havaya atıldıq. Hərbçi yoldaşım Vüsalın “sağsan?” deyə qışqırıb məni çağırdığını eşidirdim.
Sonra o, səs çıxarmadı, amma əlinə düşəni mənim üstümə atmağa başladı. Bir-birimizin üstünə nə isə atırdıq, amma sonra gördüm ki, o, artıq mənə atmır. Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub".
N.Qasımzadə bildirib ki, 15-16 saat digər yoldaşı ilə yaralı vəziyyətdə qalsa da, sonradan hərbçi yoldaşları gəlib onları tapıblar.
Minaya düşdüyü zaman bir gözünü itirən və ayağından yaralanan N.Qasımzadə sağlamlığı bərpa olunan kimi yenidən hərbçi yoldaşlarının sıralarına qatılmaq istəyir.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












