MM-dən elektrik enerjidoldurucuları ilə bağlı QƏRAR - Güzəşt müddəti artırılır

Milli Məclis elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddətinin üç ildən beş ilə kimi artırılmasını birinci oxunuşda təsdiqləyib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişiklik layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha iki il müddətinə uzadılacaq.
Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azaddır.
Layihə səsverməyə qoyularaq qəbul edilib.
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?












