MN: “Ermənistan məqsədyönlü şəkildə dövlət sərhədində təxribat törədib”

Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Belə ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açıblar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.
Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bildirirk ki, bu əmələ görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












