Mövlud Çavuşoğlu: "Qarabağ razılaşması regional sabitliyə müsbət təsir edəcək"
"Son hadisələr Azərbaycan torpaqlarının 30 il davam edən işğalının sonsuza qədər davam etməyəcəyini göstərdi".
“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış iclasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, daim beynəlxalq hüququn tərəfində olduqlarını da qeyd edib.
“ATƏT-in Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin uzunmüddətli həlli üçün əlimizdən gələn səyləri göstərməyə daim hazırıq. Həmişə münaqişənin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə əsasən həll olunmasının vacibliyini bildirmişik. Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyən türkiyəli nazir Azərbaycan ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı 30 il sonra sülh üçün həqiqi şans olaraq dəyərləndirib:
“Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə - Ermənistan münasibətləri üçün müsbət hadisədir”.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










