Müdafiə Nazirliyi düşməni təslim olmağa çağırdı: “Qələbə bizimlədir!”
Avtoxəbər
3 Noyabr 2020 16:32

“Əminliklə deyirik ki, düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə məqsədyönlü şəkildə bütün istiqamətlərdə sıxışdırılır, ağır itkilər verərək, geri çəkilməyə məcbur edilir”. Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, sutka ərzində daimi dislokasiya məntəqəsi, səngərlərdə və atəş mövqelərində olanlar daxil olmaqla, düşmənin bir neçə istiqamətdə canlı qüvvəsi məhv edilib: “Xeyli sayda hərbi texnikası məhv edilib və eləcə də, qənimət olaraq ələ keçirilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatını beynəlxalq humanitar hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirir.
Düşmənin canlı qüvvəsi və legitim hərbi hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilir. Pərakəndə şəkildə fəaliyyət göstərən düşmənin döyüş meydanından xəbəri olmayan hərbi-siyasi rəhbərliyi hələ də uydurma məlumatlarla daxili auditoriyaya təsəlli verir.
Bu yalanlarla aldadılaraq, işğal altındakı ərazilərə gətirilən döyüşçülərin məhv edilmədən öncə həqiqəti dərk etmələri və silahı yerə qoyub könüllü şəkildə təslim olmaları onların sağ qalmaq üçün yeganə yoludur. Qələbə bizimlədir!”
Oxunub : 2368
DİGƏR XƏBƏRLƏR
24 Oktyabr 2026 23:47
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
ŞƏRH YAZ












