Müdafiə Nazirliyi: “Ermənistan tərəfi Hadrutun itirilməsi ilə heç cür barışa bilmir”

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Birincisi, Ermənistan tərəfi hələ də Hadrutun itirilməsi və onun Azərbaycan nəzarətinə keçməsi fikri ilə heç cür barışa bilmir. Gün ərzində Hadrut ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqla isə Ermənistan tərəfi öz əhalisini bu mövzu ilə bağlı çaşqınlıq içində saxlayır.
İkincisi, nədənsə həmişə “dəqiqliyə” və “incə məqamlara” fikir verən Ermənistan bu dəfə “qətlə yetirilən” şəxslərin ad və soyadlarını geniş ictimaiyyətə açıqlamır. Tam əminliklə bildirmək olar ki, ad və soyadlar ya qəsdən unudulur, ya da ümumiyyətlə bu cür şəxslər və hadisə olmadığı üçün onu uydurmaq lazım gəlir.
Üçüncüsü, erməni xalqından daim “iztirab çəkən” obrazı formalaşdırmağa çalışan Ermənistan, bu dəfə də “incidilmişlər” rolunu yenə də qadın və onun əlil oğluna həvalə edir. Bir daha bildiririk ki, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır" deyə, məlumatda qeyd olunub.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












