Müharibədə iştirak edən metropoliten əməkdaşları ilə görüş keçirilib - FOTO

“Bakı Metropoliteni” QSC-də Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, ötən il sentyabrın 27-də Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz əks-hücum əməliyyatlarına başlayaraq, cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdi.
Müzəffər ordunun qalibiyyət yürüşündə Bakı metropoliteninin əməkdaşları da iştirak edib. Şəhidlərimizin və qazilərimizin döyüş hünəri Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Onlar dövlətin müxtəlif ali mükafatlarına layiq görülüblər.
QSC kollektivi də Vətən müharibəsinin başladığı ilk günlərdən cəbhədə döyüşən metrpolitençiləri, eləcə də onların ailə üzvlərini diqqətdən kənarda qoymamağa çalışıb.
“Bu bizim borcumuz idi. Vətəni qoruyan oğullar arxa cəbhədən, ailələrinin güzəranından əmin olmalı idilər” - deyərək qəhrəmanlara müraciət edən QSC sədri Zaur Hüseynov qeyd edib ki, bütün metropolitençilər vətən, xalq qarşısında borcunu yerinə yetirmiş övladlarla qürur duyur və onlara minnətdardır.
Səmimi ovqatda keçən görüşdə vətən keşiyində dayanmış metropolitençilər təəssüratları və xatirələri ilə bölüşərək, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və rifahı naminə milli birliyimizin möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, dövlət başçısının hər bir çağırışına hazır olduqlarını bəyan ediblər.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












