Müharibədən qayıdan Tofiq Musayev: “Mən sözlə yox, əməllə göstərirəm” - FOTO

“30 illik həsrətimiz başa çatdı. Sevinirik ki, Ali Baş Komandanın sayəsində qələbə qazandıq”.
Bu fikirləri Vətən müharibəsində iştirak etmiş MMA döyüşçüsü Tofiq Musayev deyib.
31 yaşlı idmançı müharibə başlayan gündən döyüşə yollanmaq istədiyini bildirib: “Artıq sentyabrın 28-də iştirak üçün müraciət etmişəm. Bu torpağın suyunu içib, çörəyini yeyirəmsə, özümə borc bilib getmişəm və Vətən qarşısında borcumu layiqincə yerinə yetirməyə çalışmışam. Titula, idmançı olmağıma və digər məsələlərə baxmamışam. Azərbaycan vətəndaşı kimi borcumu yerinə yetirməyə çalışmışam”.
Musayev əsasən Zəngilan istiqamətində xidmət etdiyini diqqətə çatdırıb.
Əvvəllər bir çox məşhur idmançı müharibə olarsa, canla-başla iştirak edəcəklərini bildirib. Lakin məqamı yetişdikdə onlardan savaşa qatılanlardan ən məşhuru elə Musayev olub.
MMA döyüşçüsü buna belə reaksiya verib: “Mən sözlə yox, əməllə göstərirəm. Hamı əlini vicdanının üzərinə qoysun”.


Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












