Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər alıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması üzrə elan etdiyi tenderlərə yekun vurub.
Avtosfer.az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, nazirlik bununla bağlı “Prime İnşaat” MTK, “AN İnşaat” MMC və Nizami Abdullayev adlı fiziki şəxslə ümumi dəyəri 3 milyon 766 min 676 manat dəyərində müqavilə bağlayıb.
Tender üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzilin satın alınması nəzərdə tutulub.
Nazirlik mənzillərin təmin edilməsi üzrə “Prime İnşaat” MTK ilə 783,8 min manat, “AN İnşaat” MMC ilə 1 milyon 225,6 min manat, Nizami Abdullayev adlı fiziki şəxslə 1 milyon 757,3 min manat həcmində ayrı-ayrı müqavilələr imzalayıb.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












