Nazirlikdən XƏBƏRDARLIQ - düşmən saxta şəhid siyahısı hazırlayır

Cəhbədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, düşmən bu dəfə də şəffaflıq məqsədilə müxtəlif illərdə keçirilmiş seçkilərdə, elektron formada açıq şəkildə yerləşdirilmiş seçici siyahılarımızdan istifadə etməklə saxta şəhid siyahıları hazırlayır. Belə ki, düşmən tərəfindən yaradılan saxta saytda açıq seçici siyahılarında olan seçicilər cəbhədə döyüşən əsgərlərimiz kimi qələmə verilir və saxta nömrələrdən vətəndaşlarımıza sms göndərilərək şəhidlər haqqında məlumat əldə etmək üçün bu sayta daxil olmaları istənilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd əhali arasında qorxu və təşviş yaratmaqdır.
Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin mesajlarda göstərilən keçidlərə daxil olmamaları, həmin nömrələri bloklamaları və mesajları spam olaraq şikayət etmələri xahiş olunur.
Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR













