Niyə avtomobilə premium benzin vurmamalısınız? - Ekspertlərin İZAHI

Bir çox sürücülər hesab edirlər ki, yüksək oktanlı benzin mühərrikin işini yaxşılaşdırır. Lakin ekspertlər bildirirlər ki, adi avtomobili premium yanacaqla doldurmaq pulların boşa xərclənməsidir.
Avtosfer.az xəbər verir ki, avtomobiliniz üçün düzgün yanacağı həmişə istehsalçı göstərir. Bu məlumat istifadə təlimatında və hətta benzin çəninin qapağında da yazılır. Orada adətən optimal oktan sayı göstərilir, məsələn, A-95 və ya A-92-dən aşağı olmayaraq.
Əgər tələb olunandan daha aşağı oktanlı benzin istifadə olunarsa, detonasiya riski yaranır, yəni silindrlərdə qarışıq həddindən artıq kəskin yanır və bu da mühərrikə zərbə yükü yaradır. Bu, yanma kamerasının həddindən artıq qızmasına, gücün azalmasına və yanacaq sərfiyyatının artmasına səbəb ola bilər.
Əks vəziyyət, yəni daha yüksək oktanlı yanacaq doldurduqda adətən zərər vermir, amma demək olar ki, faydası da yoxdur. Müasir mühərriklər A-98 ilə nə daha güclü, nə də daha qənaətcil olur.
Buna görə də premium üçün artıq ödənilən pul sadəcə əlavə xərcə çevrilir.
Anlamaq üçün: A-92 aşağı sıxılma dərəcəsinə malik köhnə mühərriklərə uyğundur, A-95 əksər müasir avtomobillər üçün universal variantdır. A-98 isə yalnız yüksək gücə malik mühərriklər üçün həqiqətən lazımdır.
Yüksək oktanın guya mühərriki təmizləməsi ilə bağlı geniş yayılmış mif isə həqiqətə uyğun deyil. Əgər əlavə effekt varsa belə, bu, oktandan deyil, yanacağa qatılan xüsusi əlavələrdən asılıdır.
Ən düzgün strategiya istehsalçının göstərdiyi yanacaqla və yalnız etibarlı yanacaqdoldurma məntəqələrində avtomobili doldurmaqdır. Oktanla bağlı mifik güc və ya qənaət üçün eksperiment aparmağa dəyməz. Belə etsəniz, sadəcə pulunuzu boşa xərcləmiş olarsınız.(lent.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












