Nömrəni dəyişib narkotikin təsiri altında maşın sürən "Prius" sürücüsü həbs edildi - FOTOLAR

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanına müdaxilə edərək inzibati məsuliyyətdən yayınmağa çalışan “Toyota” markalı, 99-LY-942 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quliyev Bağış Tapdıq oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı B.Quliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə B.Quliyevin sürücülük hüququ 9 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!














