“O deyir, mən ağıllıyam, bu deyir, mən ağıllıyam” – Ekspert qüsurları sadaladı

Son günlər havaların yağmurlu keçməsi Bakıda tıxacların yaranmasın gətirib çıxardıb. Sosial şəbəkələrdə də paylaşılan videolardan göründüyü kimi, göydən yerə bir damcı düşən kimi, paytaxtın infrastrukturu və kommunal vəziyyəti acınacaqlı hal alır.
“Bu gün gördüyümüz mənzərə 10 il sonra daha dəhşətli olacaq”.
Bunu Yenisabah.az-a açıqlamasında nəqliyyat və yol hərəkatı qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, Bakıda nəqliyyat sistemi düzgün idarə olunmur:
“Səkilərin və yolların bir hissəsi zəbt olunub. Ağacların dibləri betonlanır. Məgər dövlət qurumları bunu görmür?
Ekspert bildirib ki, bu gün yeganə ümid ictimai nəqliyyatın alternativlərinədir:
“Söhbət metronun daha da şaxələnməsindən gedir. Çoxlu stansiyalar olmalıdır və şərt o deyil ki, hamısı yeraltı olsun. Yerüstü stansiyalar da ola bilər. Bu istiqamətdə işləmək lazımdır, Metropoliten rəhbərliyinin 50 il sonra üçün planı olmalıdır. Bu gün metro ancaq şəhərin mərkəzini və Əhmədliyə qədər olan ərazini əhatə etməməlidir. Metro Qaradağ rayonuna, Masazıra, Xocəsənə, Hövsana da gedib çıxmalıdır”.
Elməddin Muradlı vurğulayıb: “Təəssüf ki, bu gün belə bir plan yoxdur və dayanmadan yaşayış binaları tikilir. Amma parklama yerlərinin inşası heç kimin ağlına gəlmir”.
Ekspert ictimnai nəqliyyatın da yarıtmazlığını qeyd edib:
“Bakıda avtobusların sayları kifayət qədər deyil. Pandemiya dövründə özəl nəqliyyat şirkətləri çöküb. Yanacağın qiyməti qalxıb. Bu gün “BakuBus” da daxil olmaqla bütün şirkətlər ziyana işləyir. Belə davam etsə, onlar da çökəcək. Özəl nəqliyyat şirkətlərinə dəstək lazımdır”.
“Prezident 2018-ci ildə “Yol hərəkətəninin təhlükəsizliyinə dair Dövlət Proqramı”nı imzalayıb. Bu, 2019-2023-cü illəri əhatə edən 5 illik dövlət proqramıdır. Həmin proqrama əsasən, ictimai nəqliyyatın alternativ növləri var – tramvay və trolleybuslar olmalıdır. 3 il keçir, amma hələ ki tramvay və tolleybuslar yoxdur. Çünki infrastrukturu elə vəziyyətə salıblar ki, boş ərazi yoxdur. Yolları genişləndirmək qeyri-mümkündür. Dövlət qurumları arasında koordinasiya yoxdur. O deyir, mən ağıllıyam, bu deyir, mən ağıllıyam. Bu deyir, mən düz edirəm, o deyir, mən düz edirəm. Əslində, qəti rəy budur ki, Bakı şəhərində nəqliyyat infrastrukturu vahid mərkəzdən idarə olunmalıdır. Bir mərkəz yoxdursa, yollarda həmişə tıxac, gölməçələr olacaq, leysan olduqda maşınlar motorlu qayıqlara çevriləcək”, – deyə mütəxəssis qüsurları qeyd edib.

İşlənmiş avtomobil ehtiyat hissələri kəskin bahalaşıb - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










