Ödənişli yolda qiymətlər avtomobilə görə müəyyənləşdiriləcək

Nazirlər Kabinetinin qərarına görə ödənişli olacaq Bakı-Quba-Rusiya Federasiyası yolunun ilin sonuna qədər hazır olacağı açıqlanıb. Əhalini maraqlandıran suallardan biri də yolun qiymətidir. Qiymətlər əhali üçün uyğun olacaqmı?
Nəqliyyat eksperti Elməddin Muradlı İnformator.az.a açıqlamasında Azərbaycanda ilk dəfə ödənişli yolların tətbiq olunacağına diqqət çəkib. Bildirib ki, bu yolların istismarı ilə bağlı qaydaları Nazirlər Kabinəti müəyyənləşdirib. "Yolun dərhal ödənişli şəkildə istismara veriləcəyini düşünmürəm. Həmin yolun alternativi hal-hazırda təmir olunur və orada görüləcək işlərdə çoxdur. Qanunvericiliyə görə, ödənişli yol yaradılırsa, ödənişsiz variantı ən yüksək keyfiyyətə malik olan yol kimi insanların istifadəsinə verilməlidir. Ödənişli yolun daha rahat olması və ödənişsiz yolun daha bərbad olmasına dair qanunvericilikdə anlayış mövcud deyil".
Elməddin Muradlının sözlərinə görə, qiymətlə bağlı hələlik konkret razılaşdırılmış bir qərar yoxdur. "Həmin məsələyə Nazirlər Kabinetinin qərarı ilə Taarif Şurası baxacaq. Qərar verildikdən sonra da artıq qiymətlər açıqlanacaq. Bildiyim qədər qiymətlər əhali üçün münasib olacaq. Hər bir maşın növünə aid fərqli qiymətlər müəyyən ediləcək".
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ










