“Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO

“Mən Laçına getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım”.
Bunu İkinci Qarabağ Müharibəsində iştirak edən, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fərid İlyasovun anası Bəsirə İlyasova deyib.
Şuşa uğrunda gedən döyüşlərdə bir saat ərzində 28 ermənini öldürən F.İlyasov ailəsinə vətəni onlardan çox istədiyini deyib:
Anası Bəsirə İlyasova deyir ki, hər gecə Fərid üçün dua edir:
“Həmişə deyirdi ki, ana inciməyin, mən vətəni sizdən çox istəyirəm. Birinci vətən, sonra ata ilə səni sevirəm. Mən Laçına, o torpaqlara getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım. Hər gecə dua edirəm ki, Fərid yuxuma gəlsin, amma gəlmir”.
Şəhidin atası İbad İlyasov deyir ki, ürəyimə dammışdı ki, oğlum şəhid olub:
“Axşam evdə oturmuşduq. Fəridin babası ilə icra nümayəndəsi gəlib dedi ki, oğlun yaralanıb. Yenə inanmadım... Bu gün də inanmıram ki, oğlum şəhid olub, elə bilirəm ki, Naxçıvanda işdədir”.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












