Ölkədə istehsal edilən maşınların sayı açıqlandı - FOTO

Azərbaycanda 2021-ci ilin yanvar-aprel aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.
Avtosfer.az-nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 508 ədəd minik avtomobili istehsal edilib.
Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 164 ədəd və ya 24,4 faiz azdır.
Təkcə aprel ayında isə 100 ədəd minik avtomobili istehsal edilib. Bu isə ötən ayla müqayisədə 92 ədəd və ya 47,9 faiz azdır.
İlin ilk dörd ayı ərzində ölkəmizdə 162 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 ədəd və ya 54,3 faiz çoxdur. Təkcə aprel ayında isə 72 ədəd traktor istehsal edilib ki, bu da ötən ayla müqayisədə 33 ədəd və ya 84,6 faiz çoxdur.
Ümumilikdə isə 2021-ci ilin ilk dörd ayı ərzində 85,4 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı isə 2,7 dəfə artıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












