On ayda hərraclarda 525 avtomobil satılıb

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qurum tərəfindən 2024-cü ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-oktyabr ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə elektron sifarişlərin sayı 391, “Elektron Hərrac” proqram təminatı vasitəsilə onlayn qoşulmaların sayı isə 48 olub.
Cari ilin 10 ayında özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 519-u qeyri-yaşayış, 2.951-i isə torpaq sahəsi üzrə olmaqla 3.470 yeni icarə müqaviləsi bağlanılıb.
2024-cü ilin 10 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 31,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artım qeydə alınıb.
Beləliklə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 139,8 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım qeydə alınıb.
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ











